İngiltərədə ötən həftə bir əsgəri küçənin ortasında bıçaqla qətlə yetirən şəxsin məhkəməsi başlayıb.
SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, qətli həyata keçirənlərdən 22 yaşındakı Mixael Adebuale hakimin adı, ünvanı və doğum tarixi ilə bağlı suallarını cavablandırıb.
Polis tərəfindən vurularaq yaxalanan və xəstəxanada müalicə edildikdən sonra hakim qarşısına çıxarılan Adebualenin sağlamlıq durumu ilə bağlı oturaraq ifadə verməsinə şərait yaradılıb.
Məhkəmə ciddi təhlükəsizlik tədbirləri altında keçirilib. Məhkəmə növbəti həftənin ilk günü öz işini davam etdirəcək.
Hadisənin digər iştirakçısı, 28 yaşındakı Adebolajo hələ də xəstəxanada müalicə olunur.
Xatırladaq ki, Nigeriya əsilli olduqları aydınlaşan Adebuale və Adebolajo mayın 22-də Londonun cənub-şərqindəki Vulviçdə yerləşən Kral Artilleriya Birliyinin hərbi hissəsi yaxınlığında 25 yaşlı əsgər Lee Rigbyi əvvəlcə avtomobilləri ilə vurub, daha sonra bıçaqla qətlə yetiriblər.
Hadisədən sonra İngiltərənin Əfqanıstan və digər müsəlman ölkələrindəki hərbi mövcudluğuna etiraz etmək məqsədilə cinayəti törətdiklərini söyləyən nigeriyalılar polis tərəfindən vurularaq zərərsizləşdirilib.
Olayın arxasından İngiltərənin müxtəlif şəhərlərində islam əleyhinə etiraz aksiyaları keçirilib və bəzi məscidlərə hücumlar təşkil edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB