Moldova Demokrat partiyasının namizədi İqor Korman parlamentin spikeri seçilib. SİA RİA Novostiyə istinadən xəbər verir ki, 101 deputatdan 58-i ona səs verib. Kommunistlərin namizədi Serciu Stati 31 səs toplayıb.
Məlumatda deyilir ki, Kormanın namizədliyini demokratlar, liberal-demokratlar, liberal islahatçılar dəstəkləyiblər. Razılaşmaya əsasən indi demokratlar liberal-demokratların baş nazir postuna namizədi Yuri Lyankeni dəstəkləyəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB