Cənubi Koreyanın paytaxtı Seulda insanların israfçılığının qarşısının alınması məqsədilə yeni qərarlar qəbul olunub. SİA türk mətbuatına istinadən xəbər verir ki, Seulun bələdiyyə sədri son zamanlar artan israfçılığın qarşısını almaq üçün yeni vergi tariflərinin tətbiqini nəzərdə tutub. Tariflərin tətbiqi isə iyun ayının sonundan etibarən reallaşacaq.
Bələdiyyə sədri qeyd edib ki, əgər bu tənzimlənmə həyata keçsə, Seulda 20% ərzağa qənaət ediləcək: "Bununla da şəhərin büdcəsində 24 milyon dollara qədər artım müşahidə olunacaq".
Qeyd edək ki, hər il Seulda 3 min 311 ton meyvə və tərəvəz zibilliklərə atılır. Bu miqdarın 2 min 233 tonu şəxsi evlərdən yığılır ki, bunun da çürüdülməsi üçün paytaxt 120 milyon dollar xərcləyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB