4 lüks avtomobil yanaraq külə çevrilib

4 lüks avtomobil yanaraq külə çevrilib

Taylandın Nakhon Ratchasima şəhərində lüks avtomobilləri daşıyan evakuator yanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, yanğın nəticəsində 3,3 milyon dollar dəyərində 4 avtomobil yanaraq külə dönüb.

Hadisə şahidlərinin sözlərinə görə, yanğın BMW markalı avtomobildə başlayıb. Daha sonra 2 "Lamborghini" və bir Mersedes Benz markalı avtomobillər yanaraq külə dönüb.

Bütün xəbərlər Facebook səhifəmizdə