Meksikada avtobusun aşması nəticəsində 16 nəfər ölüb, 19-u isə yaralanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, ölənlər arasında 2 uşaq da var. Hidalqo əyalətinin səlahiyyətliləri bildirib ki, avtobus hərəkətdə olarkən təkərləri partlayıb. Nəticədə dərəyə aşıb.
Qeyd edək ki, Santa Mariya Amaj şəhərindən Mexikoya turistləri aparan avtobusun çox köhnə və yararsız olduğu bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB