Suriya beynəlxalq konfransda iştirak etməyə hazırdır

Suriya beynəlxalq konfransda iştirak etməyə hazırdır

Suriyanın xarici işlər naziri Vəlid əl-Muallim rəsmi Dəməşqin Suriya üzrə beynəlxalq konfransda iştirak etməyə hazır olduğunu bəyan edib. SİA-nın məlumatına görə, bu barədə RİA Novosti xəbər verir.

Əl-Muallim Bağdadda təşkil olunan mətbuat kofransda bu tədbiri Suriya münaqişəsinin "siyasi yolla həlli üçün yaxşı imkan" adlandırıb. Bu gün nazir İraqa elan edilməmiş səfər edib.

Qeyd edək ki, beynəlxalq konfransın iyun ayında Cenevrədə keçirilməsi planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə