Türkiyə baş nazirindən Əsәd rejiminə kəskin tənqid

Türkiyə baş nazirindən Əsәd rejiminə kəskin tənqid

Türkiyənin Baş naziri Rәcәb Tayyib Әrdoğan ötәn gün Hatay vilayәtinin Reyhanlı qәsәbisindә sәfәrdә olub. SİA-nın xarici mətbuata istindaən verdiyi xəbərə görə, Reyhanlıda çoşqu ilә qarşılanan baş nazir, qanlı hadisәnin törәdildiyi bәlәdiyyә binasında çıxışı zamanı Bәşәr Əsәd rejimini kәskin pislәyib. "Öz hakimiyyәtlәrini, mövqeylәrini qorumağa, diktator rejimlәrini davam etdirmәkdә sәy edәnlәr Türkiyәdә dincliyi pozmaq istәyirlәr" deyәn Әrdoğan, Suriyadakı müxalif qüvvәlәrin Bәşәr Əsәdin hakimiyyәtinә son qoyacaqlarına әminliyini vurğulayıb. Suriyada qan vә göz yaşı olduğunu ifadə edәn baş nazir Ərdoğan, Reyhanlı xalqına soyuqqanlı olmalarına çağırış edib. Hadisәdәn dәrhal sonra Reyhanlı qәsibәsinә getmәmәsinin sәbәbinә dә toxunan baş nazir Әrdoğan, bunun bәzi qüvvələr tәrәfindәn fәrqli qiymәtlәndirildiyini, bu işi istismar edәnlәrin olduğunu, bunlara nә xalq nә dә hökümәt imkan vermәlidir deyib. Baş nazir Rәcәb Tayyıb Әrdoğan daha sonra Reyhanlı qәsәbә icra hakimiyyәtinә də baş çәkib. Әrdoğan burada Türkiyә vә Suriya bayraqları ilә qarşılanıb. Qeyri hökümәt tәşkilatlarının nümayәndәlәri ilә dә bir araya gәlәn Türkiyə baş naziri, hadisәdә hәyatını itirәnlәrin ailәlәrini ziyarәt edәrәk baş sağlığı verib. Әrdoğan Reyhanlıdakı tamaslarından sonra TRT vә Anadolu agentliyinә verdiyi açıqlamada, qәsәbәdәki partlayışda Suriya rejiminin әlinin olduğunu, bunu göstәrәn konkret dәlillәr әldә edildiyini, hadisә ilә bağlı tәhqiqatın davam etdiyini, cinayәtkarların cәzasız qalmayacağını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə