Pakistanın cənub-qərbində baş verən bombalı hücumda 17 nəfər həyatını itirib. SİA xəbər verir ki, Pakistanın Ketta şəhərində təxminən 100 kiloqram partlayıcı maddə daşıyan minik maşını təhlükəsizlik xidmətinin əməkdaşlarını daşıyan nəqliyyat vasitəsinin yanından keçərkən partladılıb. 23 nəfərin ağır xəsarət aldığı partlayışda ölü sayının artacağı istisna olunmayıb.
Bu gün günorta saatlarında isə Pakistanın şimal-qərbində yerləşən Hanguda vilayətində təhlükəsizlik xidmətinin əməkdaşları ilə Taliban arasında qarşıdurma yaranıb. Nəticədə 2 əsgər ölüb, 18-i isə yaralanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB