Qasırğa ABŞ-a 1 milyard dollar ziyan vurub

Qasırğa ABŞ-a 1 milyard dollar ziyan vurub

ABŞ-ın Oklahoma ştatında iki gündür davam edən qasırğa həyatı iflic edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, 45 dəqiqə ərzində 24 nəfərin ölümünə səbəb olan fəlakət ştata təxminən 1 milyard dollar həcmində ziyan vurub. Naməlum istiqamətlərə əsən qasırğanın sürətinin saatda 321 km, diametrinin isə 2,1 km olduğu təsbit edilib.

Oklahoma ştatının səlahiyyətliləri əhalini ehtiyac olmadıqda küçələrə çıxmamağa çağırıb. Artıq ABŞ-ın digər ştatlarında fəlakətdən zərər çəkən insanlar üçün yardım kompaniyaları təşkil edilib.

Qeyd edək ki, ABŞ-da 1999-cu ildə də belə qasırğa olmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə