Səudiyyə Ərəbistanında 46 nəfər edam olunub

Səudiyyə Ərəbistanında 46 nəfər edam olunub

Səudiyyə Ərəbistanında 5 Yəmən vətəndaşı edam edilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, edam olunanların cəsədləri ölkə universitetlərindən birinin yaxınlığında nümayiş etdirilib.

Məlumata görə, Yəmən vətəndaşları Səudiyyə Ərəbistanı barəsində gizli məlumatlar əldə etməkdə və qruplaşma yaradaraq adam öldürməkdə günahlandırılıblar.

Qeyd edək ki, cari ilin ilk beş ayında Səudiyyə Əərbistanında təcavüz, oğurluq və cinayət faktları 46 nəfərin edamına səbəb olub.

Bütün xəbərlər Facebook səhifəmizdə