Qasırğa nəticəsində 24 uşaq itkin düşüb

Qasırğa nəticəsində 24 uşaq itkin düşüb

ABŞ-ın Oklahoma ştatında baş verən qasırğa nəticəsində 51 nəfər ölüb, 24 uşaq isə itkin düşüb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, qasırğanın sürəti saatda 320 km, genişliyi isə 3.5 metr olub.

Mur şəhərində yerləşən "Plaza Towers" məktəbi tamamilə dağılıb. Ən azı 7 uşaq ölüb, 24 uşağın isə itkin düşdüyü bildirilir.

Qasırğa nəticəsində bəzi evlər yanıb, 40 mindən çox evə elektrik enerjisinin verilməsi dayandırılıb.

Rəsmilər həlak olanların sayının artacağını istisna etmirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə