Pan Ki Mun çağırış edib

Cənubi Koreya Şimali Koreyanı daha bir nüvə silahını sınaqdan keçirməkdə günahlandırıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Şimali Koreyanın nüvə silahlarını sınaqdan keçirməsi nəticəsində bölgənin təhlükəsizliyilə əlaqədar narahatlıq artıb.

BMT baş katibi Pan Ki Mun bu kimi hadisələrdən narahat olduğunu bildirib. O Şimali Koreyaya manevrləri dayandırmaqla bağlı çağırış edib. Pan mətbuata açıqlamasında bildirib ki, Şimali Koreyanın nüvə silahlarını sınaqdan keçirməsini müharibəyə təhrik edən hərəkət kimi qiymətlədirir.

Bütün xəbərlər Facebook səhifəmizdə