Ölkə 5,6 bal gücündə silkələndi

Ölkə 5,6 bal gücündə silkələndi

İranda güclü zəlzələ qeydə alınıb. SİA türk mətbuatına istinadən xəbər verir ki, zəlzələ ölkənin cənubundakı Hörmüzqan vilayətində 5,6 bal gücündə olub. Minab şəhərindən 88 və 81 km cənub-şərqdə isə yeraltı təkanlar 5,6 və 5,5 bal gücündə hiss olunub.

Hələ ki, zəlzələ nəticəsində dağıntı və xəsarət alanlar barədə məlumat açıqlanmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə