Rusiya prezidenti Vladimir Putin və BMT-nin baş katibi Pan Gi Mun Suriya və Koreya yarımadasındakı vəziyyəti müzakirə ediblər. SİA-nın verdiyi xəbərə görə, görüşdə digər beynəlxalq problemlərə də diqqət çəkilib.
Putinin mətbuat katibi Dmitriy Peskov jurnalistlərə deyib ki, tərəflər daha çox Suriya probleminə vaxt ayırıblar.
Onun sözlərinə görə, Putin Pan Gi Muna İsrailin baş naziri Binyamin Netanyahu, Böyük Britaniyanın baş naziri Devid Kemeron ilə keçirdiyi görüşün nəticələri haqqında məlumat verib.
Tərəflər qeyd ediblər ki, bütün problemlərin həlli beynəlxalq hüquqa əsaslanmalıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB