Rusiyanın xarici işlər naziri Serqey Lavrov cümə axşamı jurnalistlərə bildirib ki, Rusiya Suriyadakı vəziyyəti nizama salınması üzrə beynəlxalq konfransda İranın iştirakını təkidlə tələb edir. Bu barədə SİA RİA Novosti agentliyinə istinadən məlumat verir.
"Biz əminik ki, iştirakçıları ötən il Cenevrədə keçirilən konfransın siyahısı əsasında dəvət etmək, eləcə də Suriyanın bütün qonşularını, İran daxil olmaqla iştirakını mütləq təmin etmək lazımdır. Əgər biz ciddi işlə məşğul oluruqsa, onda ideoloji və ya geosiyasi meylləri rəhbər tutmayaraq, bütün əsas nüfuzlu xarici oyunçuların konfrans iştirakçıları arasında görmək lazımdır. Həmçinin Səudiyyə Ərəbistanını da çağırmaq lazımdır", - Lavrov deyib.
Lavrov bildirib ki, Suriya müxalifətinin vahid yeri olmadığından, onlar gələn həftə bir neçə yerdə görüşəcəklər.
"Əsas olan müxalifətçilərdən nümayəndə heyətinin tərkibini almaqdır. Biz onu alandan sonra, konfransın bütün iştirakçı heyəti təyin ediləcək", - nazir deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB