3 partlayış 9 nəfərin ölümünə, 30 nəfərin isə xəsarət almasına səbəb olub

3 partlayış 9 nəfərin ölümünə, 30 nəfərin isə xəsarət almasına səbəb olub

İraqın paytaxtı Bağdadda və Kərkük şəhərində 3 partlayış baş verib, 9 nəfər ölüb, 30 nəfər isə xəsarət alıb. Bu barədə SİA "Anadolu" agentliyinə istinadən məlumat verir.

Təhlükəsizlik orqanlarından verilən məlumata görə, Kərkükün əl-Xadra məhəlləsində avtomobilə yerləşdirilmiş bombanın partlaması nəticəsində 8 nəfər həlak olub, 18 nəfər yaralanıb.

Polis rəisi Adil Zeynalabidini hədəf alan partlayışda isə 8 nəfər yaralanıb.

Həmçinin, Bağdadın şimalında motosikletdə partlayıcı maddənin işə düşməsi nəticəsində 1 polis işçisi dünyasını dəyişib, 4 nəfər isə xəsarət alıb.

Bundan əvvəl yerli hakimiyyət terror aktları nəticəsində 10 nəfərin öldüyünü, 14 nəfərin isə xəsarət aldığını bəyan etmişdi.

Ölkə ərazisində fəaliyyət göstərən silahlı qruplaşmalardan heç biri hələ ki partlayışa görə məsuliyyəti öz üzərinə götürməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə