Günəşdəki güclü partlayışla bağlı Xəbərdarlıq

Günəşdəki güclü partlayışla bağlı Xəbərdarlıq

Bu gün səhər saat 06:00 radələrində günəşdə dördüncü dəfə güclü partlayış baş verib. SİA türk mətbuatına istinadən xəbər verir ki, Amerika alimləri bu partlayışın təsirilə yer kürəsində peyk xəbərləşməsində problemlər yaşanacağını deyiblər. Alimlər bildiriblər ki, günəşin aktiv bölgəsində son iki gündə üç dəfə güclü partlayış olub: "Bu partlayışlar hələ də davam edir. Lakin bu gün səhər baş verən 4-cü partlayış daha güclü oldu. Nəticə etibarilə yer kürəsində həm peyk xəbərləşməsində, həm də ölkələrin radio yayımlarında problemlər olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə