Yəməndə şiddətli partlayışlar baş verib

Yəməndə şiddətli partlayışlar baş verib

Yəmənin paytaxtı Sənada iki şiddətli partlayış baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, hadisə şahidləri partlayışın Səudiyyə Ərəbistanı səfirliyi və Maliyyə nazirliyinin yerləşdiyi Səfiyə bölgəsində baş verdiyini bildirib.

Hal-hazırda polis bölgəyə giriş-çıxışı qadağan edib.

Qeyd edək ki, hadisə ilə bağlı rəsmi açıqlama verilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə