ABŞ prezidenti Barak Obama bazar ertəsi bəyan edib ki, o, ümid edir ki, Rusiya Suriya münaqişəsinin həllində iştirak edəcək. Bu barədə SİA RİA Novosti agentliyinə istinadən məlumat verir.
"Rusiya və qərb ölkələri arasında "davam edən şübhələrə" baxmayaraq, "Rusiyanın Suriya münaqişəsini həllində öz maraqları var", - Obama Vaşinqtonda Böyük Britaniyanın baş naziri Devid Kemeronla mətbuat konfransında bildirib.
Bundan əvvəl mayın 7-də Moskvada Rusiyanın xarici işlər naziri ABŞ-ın dövlət katibi Con Kerri ilə danışıqlarda Suriya müxalifətinə və hakimiyyətinə sülh və kompromiss yolu ilə münaqişənin həllini tapmaq üçün Suriya üzrə beynəlxalq konfransın çağırılması haqqında razılığa gəliblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB