Rusiyadan Reyhanlı hadisəsinə ilk rəsmi münasibət!

Rusiyadan Reyhanlı hadisəsinə ilk rəsmi münasibət!

Reyhanlıda baş verən hadisəyə Rusiya Dövlət Dumasının xarici əlaqələr komitəsinin sədri Aleksey Puşkov münasibət bildirib. SİA məlumat verir ki, komitə sədri hücumların Rusiya və ABŞ Xarici işlər Nazirləri tərəfindən həftə ərzində səsləndirilən fikirlərlə bağlı olduğunu deyib: "Hadisə Suriya iqtidarının və müxalifətinin iştirakıyla təşkil ediləcək beynəlxalq konfransa mane olmaq məqsədilə törədilib. Hər hadisədə olduğu kimi, Türkiyəyə edilən hücumlarda da yenə Suriyanı günahlandırırlar. Bəzi seqmentlər sülh xarakterli konfransa mane olmaq və müharibənin davam etməsini istəyirlər".

Bütün xəbərlər Facebook səhifəmizdə