Papa Fransisk çoxdandır arzusunda olduğu və nəhayət, ötən gün reallaşdırdığı tədbirdə 1480-ci ildə İtalyanın cənubunda Osmanlıya qarşı döyüşən 800 xristianı "əziz" elan edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, ötən gün Vatikanın məşhur "Əziz Petrus" meydanında baş tutan mərasimdə on minlərlə insan iştirak edib.
"Biz bu gün Otranto şəhidlərinə hörmət və ehtiramımızı bildirərkən, dünyanın bir çox yerlərində şiddətə məruz qalan bir çox xristiana Tanrıdan cəsarət, sədaqət və güclü olmalarını diləyirik" -deyə, Papa mərasimdə çıxışı zamanı bildirib.
Qeyd edək ki, xarici mətbuat artıq uzun bir müddətdir ki, Papanın bu mərasimi reallaşdırmaq istədiyini dərc edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB