Suriya hökuməti Türkiyənin Reyhanlı bölgəsində 46 nəfərin ölümünə səbəb olan terror aktına münasibət bildirib. SİA-nın Habertürk-ə istinadən verdiyi məlumata görə, rəsmi Dəməşq partlayışlara görə məsuliyyəti üzərinə götürməyib.
Suriyanın informasiya naziri Ümran əl Zubi dövlət televiziyasında çıxışı zamanı bunları deyib: "Suriya belə bir şey etməyib və heç vaxt etməz. Çünki dəyərlərimiz buna imkan verməz. Heç kimin bizi sübutu olmadan günahlandırmağa haqqı yoxdur".
Nazir baş verənlərə görə rəsmi Ankaranı ittiham edib. Onun sözlərinə görə, bu vəziyyətə Türkiyənin siyasəti səbəb olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB