Con Kerri: “Müttəfiqimiz Türkiyənin yanındayıq”

Con Kerri: “Müttəfiqimiz Türkiyənin yanındayıq”

Türkiyənin Hatay vilayətinin Reyhanlı şəhərində baş verən terror hadisəsi ilə bağlı dünyanın bir ölkələrindən rəsmi açıqlamalar gəlməkdə davam edir. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, ABŞ dövlət katibi Con Kerri baş vermiş hadisəni qınadığını deyib.

"Müttəfiqimiz Türkiyənin yanındayıq",- deyən dövlət kimi hadisə ilə bağlı rəsmi yazılı açıqlama verib.

"Türkiyə ilə bir çox sahələrdə ortaq məqsədlərimiz var. Son üç ayda dövlət katibi olduğum zamanda bu yaxınlığımız daha da inkişaf edib. Buna görə də baş vermiş hadiəs hamımızı, xüsusi ilə şəxsən məni çox təsirləndirib. Müttəfiqimiz Türkiyənin yanındayıq",- deyə C. Kerri yazılı açıqlamasında qeyd edib.

ABŞ-ın Türkiyədəki səfiri Frensisi Rikardone də hadisə ilə bağlı yazılı açıqlama yayıb. Onun sözlərinə görə, ABŞ hökuməti günahkarların müəyyən olunub məhkəmə qarşısına çıxarılmasında Türkiyə xalqı və hökumətinə dəstək vermək niyyətindədir.

"ABŞ törədilən hücumları qəti şəkildə pisləyir. ABŞ adına Reyhanlıda meydana gələn terror aktında həyatını itirən onlarla insanın ailələrinə və yaxınlarına baş sağlığı veririk. Yaralıların isə tez bir zamanda sağalmaları üçün isə dua edirik",- deyə yazılı açıqlamada bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə