Ölənlərin sayı 98-ə çatıb

Ölənlərin sayı 98-ə çatıb

Suriyada Bəşər Əsəd rejimində fəaliyyət göstərən ordunun müxaliflərin yaşadığı şəhərlərə etdiyi hücumlar nəticəsində 98 nəfərdən çox insan həlak olub. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, Suriya İnsan Haqqları Təşkilatı (SNHR) keçirilən əməliyyatlarda Həmasda 30 nəfərin, paytaxt Şamda və Hələbdə 18 nəfərin, Dərada 6 nəfərin, İdlibdə 3 nəfərin və Kuneytrada 1 nəfərin öldüyünü açıqlayıb. Təşkilatın məlumatına görə, 22 nəfər azyaşlı isə itkin düşüb.

Bütün xəbərlər Facebook səhifəmizdə