Fransada bəşəriyyət üçün təhlükə doğuracaq virus aşkarlanıb. Yeni aşkarlanmış virus, Fransada bir nəfərin ölümünə səbəb olub. SİA-nın CNN-nə istinadən məlumatına görə, ötən gün Fransa Səhiyyə Nazirliyi bildirib ki, bu virusa yoluxan xəstə aprel ayında klinikaya yerləşdirilib. Lakin həkimlər səy göstərsə də onun həyatını xilas etmək mümkün olmayıb. Tədqiqatçılar "NcoV" virusunun Orta Şərq və Səudiyə Ərəbistanı ərazilərindən qaynaqlandığını bildirirlər. Onların sözlərinə görə, bu virusun ilk vaxtlarda aşkarlanması olduqca çətindir, yalnız xəstəlik müəyyən mərhələyə gəldikdə bunu sezmək olur. Çünki onun ümumi əlamətləri ictimaiyyət arasında "soyuqdəymə" adı alan xəstəliyə çox bənzəyir. İnsanlar hər iki xəstəlik zamanı baş verən prosesi eyniləşdirərək, onun ciddiliyinə o qədər də məhəl qoymurlar. Nashville Vanderbilt Universitetinin Tibb Mərkəzində yoluxucu xəstəliklər üzrə mütəxəssislərin qənaətinə görə, bu xəstəliyin simptomları sətəlcəm və böyrək çatışmazlığına gətirib çıxarır, insanların məhv olmasına səbəb olur. Təbii ki, bu virus ictimaiyyətə yeni bəlli olduğundan, onun ölümcül təsirə malik olması haqda insanlarda məlumat yoxdur.
Qeyd edək ki, mütəxəssislər həyəcan təbili çalaraq, bu virusun artıq insanlara tanış olan "SARS" virusundan belə təhlükəli olduğunu vurğulayırlar.
Sona Məmmədli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB