Avropada ipoteka razılaşması…

Avropada ipoteka razılaşması…

Avropa İttifaqında sədrlik edən İrlandiya hökuməti və Avropa parlamentinin deputatları ipoteka kreditləşməsinin ümumi qaydalarını razılaşdırıblar.

Bu barədə Avropa Komissiyasının mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.

Xəbərdə deyilir: "Saziş transsərhəd fəaliyyəti, maliyyə sabitliyi vasitəsilə səmərəli və rəqabət qabiliyyətli daxili bazar yaradılmasına yönəldilmişdir".

Sənəddə "istehlakçıların daha səmərəli müdafiəsini təmin edən" bir sıra tədbirlər də nəzərdə tutulub.

Avropa Parlamenti deputatlarının fikrincə, bu, Avropanın ipoteka sistemini möhkəmləndirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə