Dünyanın ən çox qazanan lidelərinin adları məlum olub. SİA-nın məlumatına görə, bu barədə Kürd Net saytı xəbər verib. İraqın baş naziri Nuru əl Maliki dövlət başçıları, krallar və baş nazirlər arasında ən çox qazanan liderlər sırasında ilk yerdə qərarlaşıb. Belə ki, o, il ərzində 3 milyon dollar qazanır. Sayt bu məlumatları yayımlamadan əvvəl bəyan edib ki, bütün bu infomasiyaları Brüsseldə aparılan araşdırmalar zamanı əldə eldə ediblər.
Avropadakı krallar arasında ən çox məvacibi isə Norveç kralı Harald alır. Ən az qazanan lider isə İspaniya kralı Juan Karlosdur. Belə ki, o, 175 min Avro məbləğində məvacib alır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB