İsrailin müdafiə naziri Moşe Yalon Suriya tərəfindən təşkil olunacaq hər bir hücuma cavab veriləcəyini bəyan edib. SİA türk mətbuatına istinadən xəbər verir ki, Yaalon İsrailin cənubunda hərbi hissələrdən birini ziyarət edərkən jurnalistlərə açıqlamasında bildirib ki, ölkənin şimal sərhədlərini müdafiə edən ordu bölmələrinə bununla bağlı təlimat verilib: "İsrail Suriyadakı vətəndaş müharibəsinə müdaxilə etmir. Lakin kimyəvi silahların Hizbullah təşkilatına verilməsinə də icazə verməyəcək. Əgər belə olsa, onda İsrail "qırmızı xətti" keçəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB