6 aylıq körpəni zorlayan şəxsin edam forması

6 aylıq körpəni zorlayan şəxsin edam forması

Amerika Birləşmiş Ştatlarında dəhşətli hadisə baş verib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, 1998-ci ildə Ohio əyalətində Mansfield şəhərində yaşayan rəfiqəsinin Autumn Karter adlı körpəsini zorlayan Stiv Smit onun ölümünə səbəb olub. 6 aylıq körpə zorlanmadan sonra dünyasını dəyişib. Hadisəni törədən Stiv Smit bədəninə zəhərli inyeksiya vurulması yolu ilə edam edilib.

Məlumata görə, həbsdə olduğu müddətdə uşağı incitmək fikrində olmadığını bildirən qatil cəzasının ömürlük həbslə əvəz olunmasını xahiş edib. Xahiş rədd edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə