Bu gün Almaniyada 2000 və 2007-ci illər arasında 8-i türk olmaqla 10 insanı qətlə yetirməkdə günahlandırılan radikal sağçı Nasional Sosialist Yeraltı (NSU) terror təşkilatının üzvlərinin məhkəməsi başlayır.
Daxili kəşfiyyatının hadisəyə laqeyd münasibəti Almaniyada şübhələrə səbəb olub. Alman ictimaiyyəti bu məhkəmədə "dərin dövlət" iddialarına da cavab axtaracaq.
3 irqçi alman tərəfindən törədilən cinayətlərin tarixi 1990-cı illərə qədər gedib çıxır. 1998-ci ildə ilk cinayətlərini gerçəkləşdirən, daha sonra yoxa çıxan neonasistlərin uzun illərdir izinə rast gəlinmədiyi iddia olunur. Neonasist qrup 8 türk və bir yunan vətəndaşı ilə yanaşı, bir alman polisini də öldürüb.
2011-ci ildə şübhəlilərdən ikisinin cəsədi bir avtomobilin içərisində tapılıb. Onların intihar etdikləri deyilsə də, alman kəşfiyyatı tərəfindən öldürüldüyü iddia edilir.
Digər şübhəli isə qaldığı evi yandırdıqdan sonra polisə təslim olub. Nasional Sosialist Yeraltı məhkəməsində 2 nəfər məhbus, 5 adam isə şübhəli kürsüsündə əyləşəcək.
Terror təşkilatına dəstək verdikləri iddiası ilə 8 nəfər barədə istintaq isə davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB