Fransa hökumətinin sərt maliyyə siyasəti ölkə əhalisinin kəskin etirazına səbəb olub
Fransa hökumətinin sərt maliyyə siyasəti ölkə əhalisinin kəskin etirazlara səbəb olub.
Mayın 5-də Parisi növbəti etiraz aksiyası bürüyüb.
Sağ cəbhənin çağrışı ilə yüz minlərə paytaxt sakini yenidən Bastilya meydanında etira aksiyası keçirib. Onlar dünyanı bürüyən iqtisadi böhranla əlaqədar Fransa hökumətinin sərt maliyyə siyasəti həyata keçirmək, təqaüdlə bağlı gələcəkdə islahatlar aparmaq istəyinə kəskin etirazlarını bildirib, hökumətin sosial sahədəki fəaliyyətini qətiyyətlə pisləyiblər.
Təqribən 180 mindən artıq insan hökumətin sərt maliyyə siyasəti ilə qətiyyən razılaşmayacaqlarını bəyan edib, yeni hökuməti hakimiyyətə gələrkən verdiyi vədlərə əməl etməyə çağırıb və dövlətin qarşısında yeni tələblər irəli sürüblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB