Yeni Roma papası Fransis 3 il bundan öncə yazdığı kitabda nasistlərin yəhudilərə qarşı törətdiyi soyqırımı ilə 1915-ci ildə türklərin ermənilərə qarşı törətdiyi qondarma "soyqırımı" hadisəsinin fərqlənmədiyini, hətta eynilik təşkil etdiyini qeyd edib. SİA türk mətbuatına istinadən xəbər verir ki, bu xəbərin mətbuatda yayılmasına səbəb Papanın 2010-cu ildə argentinalı Haham Abraham Skorka ilə birgə qələmə aldığı "Cənnətdə və Yer üzündə" ( Sobre el Cielo y la Tierra) adlı kitabın yenidən redaktə edilməklə nəşr olunmasıdır. Papa kitabın "Dinlər" bölümündə fikrini belə ifadə edib: "XX əsrdə özlərini tanrı qismində görənlər bütün kəndləri yerlə-yeksan etdilər. Türklər ermənilərə, nasistlər də yəhudilərə qarşı törətdilər bu qırğınları. İnsanları öldürmək üçün tanrılıq haqlarına iddia edərək, ilahi bəyanatlar səsləndirdilər".
Qeyd edək ki, kitabda ateizm, ölüm, abort, dinlər, homoseksuallıq, kapitalizm və yəhudi holokostu mövzuları araşdırma şəklində qeyd olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB