Google Fələstini tanıdı

ABŞ-ın axtarış sistemi "Google" Fələstin səhifəsində "Fələstin torpaqları" ifadəsini "Fələstin" sözü ilə əvəz edib. SİA türk mətbuatına istinadən xəbər verir ki, "Google"-un spikeri Nathan Tyler Fələstinin BMT-də üzv olmayan müşahidəçi dövlət statusu qazanması səbəbilə 1 may tarixindən etibarən "www.google.ps" səhifəsində dəyişiklik edildiyini bildirib.

Qeyd edək ki, Nathan Tylerin bu açıqlamasından dərhal sonra İsrailin xarici işlər naziri Yiqal Palmor "Google"-nin bu qərarından narazı olduğunu deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə