ABŞ-ın Kaliforniya ştatının cənubundakı Ventura bölgəsində meşə yanıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, altı saat ərzində 2 min 630 hektar meşə sahəsi yanaraq külə dönüb. Yüzlərlə xilasedici yanğının qarşısını almağa çalışsa da, bölgədəki 15 ev əşyaları ilə birgə yanıb. Riverside qəsəbəsinin ətrafındakı 500 ev isə boşaldılıb.
Səlahiyyətlilərin sözlərinə görə, yanğının uzun müddət davam etməsinin səbəbi şiddətli külək və isti havadır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB