2010-2012-cü illər ərzində Somalidə təqribən 260 min nəfər aclıqdan ölüb. SİA-nın məlumatına görə, bu barədə BMT-nin məruzəsində deyilir.
Ölənlərin yarısı beş yaşınadək olan uşaqlardır.
Məruzədə qeyd olunur ki, bu qədər insanın ölümünün qarşısını almaq olardı, lakin beynəlxalq ictimaiyyət ölkədə yaxınlaşan aclığın əlamətlərinə vaxtında reaksiya verməyib.
Britaniya hökumətinin daha əvvəl yaydığı bəyanatda isə Somalidə aclıqdan ölənlərin sayının 50-100 min arasında dəyişdiyi bildirilmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB