Uzun müddətdir vətəndaş müharibəsi şəraitində olan Suriyada prezidentin həyat yoldaşı ölkədən qaçıb. Məlumata görə, bu iddia "Türkiyə" qəzetində yer alıb. İddiaya görə, hamilə olan Əsma Əsəd 3 uşağı ilə birlikdə İrana qaçıb. Bəşər Əsədin ailəsini İrana dənizaltı yol ilə qaçırdığı bildirilir.
6 aylıq hamilə olan ölkənin birinci xanımın yanında 2 oğlu, bir qızı və 6 mühafizəçisi olub. Onun İngiltərədə yaşayan anasının da İrana gələrək qızının yanında olduğu bildirilir. Ötən ilin mart ayında İngiltərədə doğulan Əsma Əsəda AB-yə üzv ölkələrinə səfər etmək yasağı qoyulmuşdu. Onun məhz bu qadağa ilə bağlı olaraq İrana qaçdığı, buradan İngiltərəyə keçəcəyi bildirilir.
Qəzetdə yer alan məlumata görə, Əsədə 23 maya kimi ya şiddətə son ver, yada vəzifədən get" mesajı verilib. Əgər Əsəd bu çağırışa müsbət cavab verməsə ABŞ-ın rəhbərliyi ilə 9 ölkə Suriyaya müdaxilə edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB