İran və Türkiyə arasında münasibətlər strateji xarakter daşıyır. Trend İRİB telekanalının saytına istinadən məlumat verir ki, bu barədə çərşənbə günü İran XİN-in nümayəndəsi Ramin Mehmanpərəst bildirib.
"İkitərəfli münasibətlərin inkişafı regionda təhlükəsizliyin və əməkdaşlığın saxlanılmasına zəmanət verəcək", - o deyib.
Regionda, xüsusilə Suriya və Bəhreyndə baş verən hadisələrdən danışan iranlı məmur bildirib ki, suriyalılar öz taleyini müstəqil şəkildə müəyyən etməlidirlər və İran onların seçimini dəstəkləyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB