Türkmənistan prezidenti Qurbanqulu Berdımuhammedovun başına iş gəlib. SİA-nın verdiyi məlumata görə, Aşqabadda keçirilən at yarışında Türmənistan prezidenti finiş xəttinə qədər atını usta idmançı kimi aparıb. İştirakçıların geridə qoyaraq birinci yerə çıxıb. Amma köhlən finiş xəttini keçən kimi yıxılıb və prezidenti üstündən yerə atıb. Mühafizəçilər prezidentə tərəf qaçıblar, amma Q.Berdımuhammedov əlini havada yelləyərək heç nə olmadığını, zədə almadığını bildirib.
Mühafizəçilər prezidenti dərhal hadisə yerindən təcili tibbi yardım maşını ilə aparıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB