Yaponiya hökuməti aprelin 28-də Tokioda San-Fransisko sülh müqaviləsinə əsasən ölkədə "Suverenliyin Bərpası Günü"nə həsr edilmiş mərasim keçirib.
Mərasimdə Yaponiya İmperatoru və imperatriça ilə yanaşı 400-dən artıq rəsmi şəxs iştirak edib.
Baş nazir Şinzo Abe mərasimdə çıxış edərək bu gününü əhəmiyyətindən danışmış, insanlara ölkənin atdığı addımları xatırladıb, onlara gələcəyə ümidlərinin artırmağı tövsiyə edib.
Baş nazir demişdir ki, onun təmsil etdiyi nəsil bütün çətinliklərə baxmayaraq, Yaponiyanı daha gözəl ölkə etmək məsuliyyətini daşıyır.
Qeyd edək ki, 1952-ci il aprelin 28-də qüvvəyə minmiş sülh müqaviləsinə əsasən İkinci Dünya müharibəsində ABŞ-ın komandanlığının rəhbərliyi altında olan qüvvələr tərəfindən məğlub edilmiş Yaponiya suverenliyini bərpa edib.
San-Fransisko sülh müqaviləsindən 20 il sonra Yaponiyanın tabeliyinə qaytarılmış Okinavada isə həmin mərasimin əleyhinə aksiya keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB