İran Rusiya istehsalı olan C-300 raket kompleksinə bənzəyən yeni raket kompleksini təqdim edəcək. SİA xəbər verir ki, İranın hərbi-dəniz qüvvələrinin komandanı admiral Fərhad Amiri bildirib ki, bu, 2014-2015-ci illərdə baş tuta bilər.
"Lazımi sınaqlar "Bavar-373" raket sistemi tərkibində sınaqdan keçirilib" – deyə admiral bildirib.
"ABŞ İranın Rusiyadan bu cür raketin alınmasına mane olduğu üçün biz də daxildə belə bir raketin hazırlanmasına qərar verdik" – deyə Fərhad Amiri əlavə edib.
Qeyd edək ki, 2007-ci ildə imzalanmış müqaviləyə əsasən Rusiya İrana C-300 raket kompleksləri satmalı idi.
Bununla yanaşı, İran yaxın 6 ay ərzində yeni ballistik və qanadlı raketlərin təqdimatını da keçirməyi planlaşdırır.
İranın müdafiə naziri Əhməd Vahidi deyib ki, bu dəfəki qanadlı raketlər digərlərindən fərqli olaraq, daha uzaq mənzillidir.
O, həmçinin, bildirib ki, yaxın aylarda yeni bombalar, yeni sualtı qayıqlar və raket daşıyan gəmilər İranın Silahlı Qüvvələrinə veriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB