Əsəd rejiminin devriləcəyi vaxt açıqlandı

Əsəd rejiminin devriləcəyi vaxt açıqlandı

İranlı genaral iyun ayında ölkəsində keçiriləcək prezident seçkilərindən öncə Türkiyə və bir neçə ölkənin rəhbərliyi ilə Bəşər Əsəd rejiminin devriləcəyini deyib.

SİA xarici mətbuata istinadən xəbər verir ki, İranın dini lideri Ayətullah Əli Xamaneyin köməkçisi və general Yəhya Rəhm Səfəvi bildirib ki, Suriyadakı rejimə qarşı olan ölkələr birlikdə 14 iyun tarixində Əsəd rejimini devirəcəklər.

Paytaxt Tahranda təşkil edilən mərasimdə çıxış edən generalın sözlərinə görə, İrana qarşı olanlar İrandakı prezidentlik seçkilərindən əvvəl Suriyadakı mövcud rejimi devirməyi qarşısına məqsəd qoyublar: "Bu səbədən də onlar külli miqdarda pul xərcləyərək minlərlə muzdlu əsgəri Suriyaya göndəriblər".

Bütün xəbərlər Facebook səhifəmizdə