İtaliya Prezidenti Ciorcio Napolitano iki gün əvvəl hökuməti formalaşdırmaq tapşırığı verdiyi Enriko Lettadan Nazirlər Kabinetinin siyahısını qəbul edib.
SİA-nın verdiyi məlumata görə, prezident tərəfindən İtaliyanın yeni Baş naziri vəzifəsinə namizədliyi irəli sürülmüş, Demokrat Partiyasıdan (DP) olan Lettanın təqdim etdiyi siyahıya sol-mərkəzçi DP, sağ-mərkəzçi Azad Xalq Partiyası, Mario Montinin mərkəz hərəkatı və digərləri daxildir.
Nazirlər Kabinetinin yeni üzvləri Napolitanonun qarşısında and içəcəklər.
Xatırladaq ki, ölkədə fevral ayından bu yana yeni hökumətin qurulması ləngiyirdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB