Amerikanın CİA təşkilatı 2013-cü ilin iyul ayında Türkiyənin əhalisinin 80 milyon 694 min 485 nəfər olacağını açıqlayıb. SİA xəbər verir ki, Türkiyə Statistika Təşkilatının 31 dekabr 2012-ci il tarixində verdiyi açıqlamada isə Türkiyə əhalisinin 75 milyon 627 min 384 nəfər olduğunu bildirmişdi. İki təşkilatın hesabatı arasındakı fərq 5 milyon 67 min 384 nəfərdir. CİA bildirib ki, statistikaya görə, cari ilin iyul ayında Türkiyə dünyanın "Ən izdihamlı ölkələr" siyahısında 17-ci yerdə olacaq. CIA-nın məlumatına görə, Türkiyədə əhalinin 70-75%-ni türk, 18%-ni yəni 14 milyon 525 min nəfərini kürd və 7-12%-ni isə digər millətlərin nümayəndələri təşkil edib.
Həmçinin Amerika təşkilatı Türkiyədə hər ailəyə 2-3 uşağın düşdüyünü də deyib.
Qeyd edək ki, ötən il CİA Türkiyədə qadınların orta yaş həddinin 74,7 il, kişilərin orta yaş həddinin isə 70,8 il olduğunu demişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB