Şagirdlərə intim dərslər tədris edilir

Şagirdlərə intim dərslər tədris edilir

Britaniya hökuməti məktəblərdə cinsi təhsili mütləq qaydada şagirdlərə tədris etməyə qərar verib. SİA-nın "The Telegraph"a istinadən xəbərinə görə,Təhsil Nazirliyi tərəfindən təqdim edilən videoçarxda, pornofilmlə təbii cinsi əlaqə arasında olan intim yaxınlığın fərqi izah olunur.

Təbii ki, nümayiş olunan bu video birmənalı şəkildə qarşılanmayıb. Britaniya rəsmilərinin üzərinə düşən əsas vəzifələrindən biri isə pornoqrafiyanın pis, çirkin və rüsvayçı bir şey olamdığını gənclərin nəzərinə çatdırmaqdır. Bununla yanaşı, müəllimlər də gənclərin real həyatda qarşılaşacaqları bu kimi hallarla, ekranda seyr etdikləri cinsi əlaqə arasında fərqi izah etməyə çalışıb.

Bundan əlavə, videoçarxın yaradıcıları, şagirdlərin, ekranda görüntülənən səhnələri real həyatda təkrar etməmələrini məqsədə uyğun sayıb.

Qeyd edək ki, ölkə mətbuatı bildirir ki, bu videonun şagirdlərə nümayişi bir çox britaniyalı valideynləri qorxuya salıb.

Bütün xəbərlər Facebook səhifəmizdə