Amerikada törədilən və 3 minə yaxın adamın ölümü ilə nəticələnən 11 sentyabr terror hadisəsi ilə bağlı yeni məlumatlar ortaya çıxıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, hadisənin baş verdiyi ərazidə Dünya Ticarət Mərkəzinin Şimal qülləsinə çırpılan təyyarələrdən birinə məxsus olduğu ehtimal edilən şassi (təyyarənin təkərləri) aşkar edilib.
Nyu-York polisinin verdiyi məlumata görə, təyyarənin şassisi hadisə zamanı dağılan Dünya Ticarət Mərkəzinə yaxın məsafədə yerləşən "İslamic Center"in yanındakı binanın divarları arasında tapılıb.
Polisin yaydığı şəkillərdə də iki divar arasındakı dar sahədə təyyarənin şassisi aydın şəkildə görülür. Artıq həmin ərazi polislərin nəzarətinə götürülüb. Bu səbəblə də jurnalistlər hadisə yerinə buraxılmır. Həkimlər isə şassinin üzərində cəsəd qalıqlarının ola biləcəyini ehtimal edirlər.
Qeyd edək ki, 11 sentyabr 2001-ci ildə Amerikanın Nyu-York şəhərində yerləşən "World Trade Center" (Dünya Ticarət Mərkəzi) terrorçu kamikadzelərin hücumu ilə dağıdılıb. Amerika hava yollarının Boston reysi üzrə hərəkət edən reaktiv təyyarəsi göyərtəsində 92 sərnişin ilə birlikdə Dünya Ticarət Mərkəzinin Şimal qülləsinə çırpılıb. Bundan 18 dəqiqə sonra ikinci təyyarə digər binaya çırpıldı. Nəticəsində hər iki bina yanmağa başlayıb və bir müddətdən sonra binalar tamamilə çöküb. Törədilən terror hadisəsi nəticəsində 2996 adam həlak olub, 24 nəfər isə itkin düşüb.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB