Dəniz quldurları 4 dənizçini əsir götürüb

Dəniz quldurları 4 dənizçini əsir götürüb

Dəniz quldurlarının Ekvatorial Qvineya sahillərində Hansa Marburg yükdaşıyan gəmiyə hücumu nəticəsində rusiyalı dənizçilər oğurlanıb. SİA-nın məlumatına görə, bu haqda Rusiyanın Nigeriyadakı səfirliyi məlumat yayıb.

Gəmi sahibi olan şirkətlərin məlumatına əsasən, hücum aprelin 22-də Malabo limanından 130 kilometr aralıda baş tutub. Dəniz quldurları rusiyalı, 3 ukraynalı və daha 2 Kiribati vətəndaşını əsir götürüblər.

Qeyd edək ki, gəmi Nigeriya bayrağı altında üzürdü. Gəmi sahibi olan şirkətlərin açıqlamalarına görə, əsir götürülənlərin azad edilməsi istiqamətində bütün səylər göstərilir.

Bütün xəbərlər Facebook səhifəmizdə