Partlayış olub: 7 ölü, 28 yaralı

Partlayış olub: 7 ölü, 28 yaralı

İraqda dəhşətli partlayış olub. SİA-xəbər verir ki, paytaxt Bağdadda baş vermiş partlayış nəticəsində 7 nəfər ölüb, 28 nəfər müxtəlif dərəcəli xəsarət alıb. İraq polisi jurnalistlərə açıqlamasında bildirib ki, hadisəyə səbəb avtomobildə quraşdırılmış minanın partlaması olub.

Məlumata görə, hələ ki hadisənin məsuliyyətini heç bir qruplaşma öz üzərinə götürməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə