NATO ölkələrinin XİN rəhbərləri Rusiya, Əfqanıstan və KXDR məsələsini müzakirə edəcək. SİA-nın RİA Novostiyə istinadən yaydığı xəbərdə deyilir ki, 28 NATO ölkəsinin XİN rəhbərlərinin Brüsseldə keçiriləcəyi görüşündə, həmçinin, Suriya tərəfindən atıla biləcək raketlərdən Türkiyənin müdafiə edilməsi problemi də diqqət mərkəzində olacaq.
Məlumatda deyilir ki, NATO Şurasının diplomatları Rusiya Şurası-NATO platformasında RF XİN başçısı Sergey Lavrovla da görüşəcəklər.
Xatırladaq ki, NATO Şurasının XİN rəhbərləri səviyyəsində görüşü 2012-ci ilin dekabrında Brüsseldə baş tutub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB