Dünyanın üç ölkəsində zəlzələ

Dünyanın üç ölkəsində zəlzələ

Bu gün səhər saatlarında Çinin Sıçuan vilayətində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 72-yə çatıb. Bu barədə "Agence France-Presse" Cin dövlət telekanalı "CCTV"-yə istinadən xəbər yayıb. "Reurtes" agentliyinin məlumatlarına zəlzələnin gücü 6,6 bal olub. "Sinxua" agentliyi Çin seysmoloqlarına istinadən bildirib ki, zəlzələnin gücü 7,0 bal olub.

Zəlzələnin episentri Yaan şəhərində qeydə alınıb. Yeraltı təkanlar Sıçuanla yanaşı, Quyçjou, Qansu, Şensi və Yunnan əyalətlərində də hiss olunub.

Həmçinin ötən gecə saat 23:00 radələrindən bugün səhərədək İranın 5 əyalətində zəlzələ baş verib. Bu barədə İRNA agentliyi xəbər verir.

Zəlzələlər Buşəhr əyalətinin Bordxun şəhərində 4,1 bal, Kaki və Abdan şəhərlərində 3,5 bal, İsfahan əyalətinin Həbibabad şəhərində də 4,1 bal, Fars əyalətinin Əhl şəhərində 5 bal, Gilan əyalətinin Bərəsər şəhərində və Ərdəbil əyalətinin Kivi şəhərində 3,5 bal gücündə qeydə alınıb.

Məlumata əsasən, zəlzələlər nəticəsində dağıntılar, ölən və yaralananlar olmayıb.

Qeyd edək ki, bu, son iki həftə ərzində İran ərazisində üç güclü zəlzələ baş verib. Zəlzələlər nəticəsində 33 nəfər ölüb, 877 nəfər yaralanıb.

Türkiyənin Kahramanmaraş əyalətində isə dörd bal gücündə zəlzələ baş verib. Trend- in məlumatına görə, bu haqda Türkiyənin "Anandolu" agentliyi məlumat verib. Zəlzələ nəticəsində dağıntılar , ölən və yaralılar yoxdur.

Zəlzələnin yerin 11,6 km dərinliyində baş verdiyi bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə