Yenidən zəlzələ olub

İranda yenidən zəlzələ olub. SİA fars mətbuatına istinadən xəbər verir ki, 3,1 bal gücündə olan yeraltı təkanlar İsfahan yaxınlığında yerləşən Həbibabad yaşayış məntəqəsində baş verib. Tehran Universitetinin seysmologiya mərkəzindən yayılan məlumata əsasən zəlzələ yerli vaxtla saat 00.52-də qeydə alınıb.

Qeyd edək ki, hələlik tələfat və dağıntı barədə məlumat yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə